"Whatsapp"da kanallarla bağlı gözlənilən yenilik

Dünyada ən çox istifadə edilən mesajlaşma proqramı olan "Whatsapp" yeni bir funksiya üzərində çalışır.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, yeni funksiya kanal idarəçilərinin işini asanlaşdıracaq.

Yeni özəllik sayəsində kanallarla bağlı detallı analizlər əlçatan olacaq. Bu bölməyə daxil olan kanal idarəçisi paylaşımların neçə istifadəçiyə çatdığı və izlənmə kimi statistikaları görə biləcək.

Məlumata görə, bu statistikalar sadəcə kanal idarəçisi tərəfindən görünəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR