Gürcüstanın Raça-Leçxumi - Kvemo Svaneti regionda zəlzələ olub.
Metbuat.az bildirir ki, bu barədə Gürcüstanın Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb. Məlumata görə, zəlzələnin gücü 3,8 bal olub.
Zəlzələnin episentri 7 km dərinlikdə yerləşib.
Dağıntı və tələfatla bağlı məlumat verilmir.