İstirahətə gedən gənc faciəvi şəkildə vəfat etdi - VİDEO

Zaqatalada bədbəxt hadisə baş verib.

Metbuat.az xəbər verir ki, rayonun Talalar kənd sakini, 19 yaşlı Ülfət Əliyev Katex çayının Zaqatala rayonu Uzuntala kəndinin ərazisindən keçən hissəsində çayda çimərkən boğularaq ölüb.

Babası Mollamusa Əliyev bildirib ki, bir gün əvvəl kəndə istirahətə gələn mərhum dostları ilə birlikdə Katex çayına üzməyə gedib:

"Dünən gecə evə gəlib, saat 8-9 da ona zəng etdilər, taksiyə minib getdi. Daha sonra iki nəfər gəlib dedi ki, Ülfət çiməndə boğulub ölüb, morqdadır. Nəvəm suya girən kimi dərin yerə batıb. Çıxarmaq mümkün olmayıb".

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.

Ətraflı Baku TV-nin süjetində:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı