Avropa İttifaqının iqlim fəaliyyəti üzrə komissarı Vopke Hoekstra Azərbaycanda səfərdədir.
Metbuat.az-ın məlumatına görə, Aİ komissarı bu barədə "X" hesabında bildirib.
"Hökumət nümayəndələri və vətəndaş cəmiyyəti ilə COP29 prioritetlərini və iqlim ambisiyalarını müzakirə etmək üçün tam gün Bakıdayam. Biz BƏƏ-də əldə olunan konsensusun bütün qlobal enerji keçidi hədəflərini həyata keçirməli və bunu iddialı iqlim maliyyəsi vasitəsilə dəstəkləməliyik", - Aİ rəsmisi qeyd edib.