Moskvada qasırğa başlayıb.
Metbuat.az xəbər verir ki, bununla bağlı Moskva hakimiyyəti sakinlərə müraciət edib.
Sakinlərin küçələrə çıxmaması tövsiyə olunub.
Sinoptiklərin bildirdiyinə görə, paytaxtda tufan, yağış və 23 m/s-dək güclənən külək saat 22:00-dək davam edəcək.