Son günlər sosial şəbəkələrdə quru sərhədlərin açılması ilə bağlı məlumatlar yayılıb. Məlumatlara görə, iyul ayının 1-dən Azərbaycandan bütün quru sərhədlər vasitəsilə xaricə gediş-gəliş bərpa olunacaq.
Məsələ ilə bağlı Nazirlər Kabinetinin Mətbuat xidmətindən Metbuat.az-a bildirilib ki, quru sərhədlərin açılıb-açılmaması ilə bağlı hələlik yeni qərar yoxdur:
"Hələ ki bu barədə heç bir məlumat yoxdur. Yeni qərar olarsa, bu barədə ictimaiyyətə operatv məlumat veriləcək".
Seyranə Quliyeva / Metbuat.az