Portuqaliya-Türkiyə matçında maraqlı avtoqol - FOTO

Avropa çempionatında F qrupunun ikinci turunda Türkiyə və Portuqaliya milliləri qarşılaşırlar.

Metbuat.az xəbər verir ki, hazırda birinci hissəsi oynanılan oyunda portuqallar hesabda 2:0 hesabı ilə öndədilər.

Hesabı 21-ci dəqiqədə Bernardo Silva açıb. 28-ci dəqiqədə isə kuryoz avtoqol qeydə alınıb. Belə ki, türklərin müdafiəçisi Samet Akaydın heç bir təhlükə olmadığı epizodda topu qapıçı Altay Bayandıra ötürərkən anlaşılmazlıq yaşanıb və top boş qapıya daxil olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı