Bu ilin yanvar-may aylarında Azərbaycan düyü idxalına 33,8 milyon dollar xərc çəkib.
Metbuat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,1 milyon dollar çoxdur.
Hesabat dövründə düyü idxalı Azərbaycanın ümumi idxalının 0,46 %-ni təşkil edib.
Əlavə edək ki, ötən ilin eyni aylarında ölkəyə idxal edilən düyü 29,7 milyon dollar dəyərində olub.