Arif Quliyevin xanımı vəfat etdi - FOTO

Mərhum Xalq artisti Arif Quliyevin həyat yoldaşı Gülzar Quliyeva vəfat edib.

Metbuat.az Axşam.az-a istinadən bildirir ki, o, bu gün dünyasını dəyişib.

Məlumatı aktyorun oğlu Rövşən Axşam.az-a təsdiqləyib. O bildirib ki, anası bu gün günorta dəfn edilib:

"Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən qəbiristanlıqda, qardaşım Fəridin yanında dəfn etdik".

Qeyd edək ki, Gülzar Quliyeva qaraciyər sirrozundan əziyyət çəkirdi. O, bir müddət əvvəl xəstəxanaya yerləşdirilmiş, müalicəsi orada aparılmışdı. Həkimlər onun sağalmasının mümkün olmadığını demiş və evə yollamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR