Rusiya yenidən Gürcüstana hücum edəcək? - Ekspert

Rusiyanın Ukraynaya hücum etməsindən sonra yaranan suallardan biri də Gürcüstanın da bu qurbanlardan birinə çevrilə bilmə ehtimalıdır. Bəzi dairələrdə bununla bağlı məlumatlar yayılmaqdadır. Bu proses baş verə bilərmi?

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, Rusiyanın növbəti hədəfinin Gürcüstan ola biləcəyi ilə bağlı fikirlərin gündəmə gəlməsi təxribatdır. Bu, iki qonşu ölkə arasında münasibətlərin gərginləşməsini istəyən, növbəti bir müharibə mərhələsində maraqlı olanların panikasıdır:

"Mən belə bir məsələnin olmasını qətiyyən arzulamazdım və inanıram ki, Rusiyada da kifayət qədər hadisələri peşəkar şəkildə təhlil edə bilən, baş verən hadisələrdən, geosiyasi proseslərdən nəticə çıxarmağı bacaran siyasi, hərbi elitanın nümayəndələri var. Onlar belə bir məsələnin, yəni Rusiyanın Gürcüstanı özünə hədəf kimi seçməsini, gərginlik yaranmasını, bu gərginliyin müharibə məsələsinə keçməsini istəməyəcək və bunun qarşısını ala biləcək şəxslər var. Mən bu mənada, iki dövlət arasında hər hansısa bir gərginliyin baş verməsini ən pis və mənfi senarilərdən adlandırardım. Gürcüstanda hazırda elə bir məsələ yoxdur ki, Rusiyanın hədəfinə çevrilsin. Və biz də hədəfə çevrilməyəcəklərinə inanırıq".

Məsumə Məmmədli \ Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı