Xəbər verdiyimiz kimi, Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində xəsarət alan 10-dan çox sərnişin rayon xəstəxanasına çatdırılıb.
TƏBİB-dən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 15:10 radələrində Biləsuvar rayon Mübariz İbrahimov küçəsində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 12 nəfər (10 nəfəri qadın, 2 nəfəri kişi cinsli olmaqla) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına təcili tibbi yardım vasitəsilə hospitalizasiya olunub:
"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Xəsarət alanların hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar".
Seyranə Quliyeva / Metbuat.az