Azərbaycan millisinin üzvü Türkiyə klubuna transfer olur

Futbol üzrə Azərbaycan millisinin üzvü Renat Dadaşov karyerasını yenidən Türkiyədə davam etdirə bilər.

Metbuat.az xəbər verir ki, TFF I Liqasında çıxış edən "Amedspor" hücumçu ilə yaxından maraqlanır. Bildirilir ki, Diyarbakır təmsilçisi artıq həmyerlimizlə şifahi razılığa gəlib. Onun transferi rəsmi olaraq yaxın günlərdə açıqlanacaq.

Qeyd edək ki, Renat Dadaşov ötən mövsümü icarə əsasında "Hatayspor"un heyətində keçirib. Futbolçunun transfer hüquqları İsveçrə "Qrasshopper"inə məxsusdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı