Türkiyə millisinin heyətində Arda ilə bağlı dəyişiklik

Avropa çempionatının 1/8 final mərhələsində Avstriya ilə qarşılaşacaq Türkiyə millisinin baş məşqçisi Montella heyətdə dəyişikliklər etməli olacaq.

Metbuat.az "NTV Spor"a istinadən xəbər verir ki, buna səbəb Hakan Çalhanoğlu və Samet Akaydının cəza səbəbindən meydana çıxa bilməmələridir.

Məlumata görə, artıq Avstriya ilə oyunun ilk onbirliyini formalaşdırmağa başlayan Montella Arda Gülərin mövqeyində dəyişiklik edəcək. İtalyan mütəxəssis Ardanın oynadığı sağ cinahda İrfan Can Kahveci və ya Kərəm Aktürkoğlunu oynatmağı düşünür. Bu halda, Arda Gülər mərkəzdə oynamalı olacaq.

Cəzalı olan Samet Akaydının mövqeyində isə Abdulkerim Bardakçı oynayacaq.

Qeyd edək ki, Türkiyə-Avstriya matçı iyulun 2-də baş tutacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı