Namizədlər sənədləri bu tarixdən təqdim edə bilər - MSK katibi

Namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin müvafiq seçki dairələrinə təqdim edilməsi səsvermə gününə ən çox 50 gün ən azı 30 gün qalmış saat 18:00-a qədər davam edəcək

Metbuat.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova deyib.

O bildirib ki, bu proses iyulun 13-dən başlayaraq, avqust ayının 2-si saat 18 :00-da başa çatacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı