Ronaldo penaltini vura bilmədi, ağladı - FOTO

Avropa Çempionatının 1/8 finalında Sloveniya ilə qarşılaşan Portuqaliya yığmasının ulduzu Kriştiano Ronaldo göz yaşlarını saxlaya bilməyib.

Metbuat.az xəbər verir ki, buna səbəb kapitanın 105-ci dəqiqədə penaltini vura bilməməsidir. O, Slaveniya qapısına təyin olunan penaltini istifadə edə bilmədiyi üçün ağlayıb.

Qeyd edək ki, qarşılaşmanın əsas və əlavə vaxtı heç-heçə yekunlaşıb - 0:0. Qalib penaltilər seriyasından sonra bəlli olub. Burada daha dəqiq oynayan (3:0) portuqaliyalılar 1/4 finala yüksələrək Fransaya rəqib olublar. Ronaldo penaltilər seriyasında isə qol vura bilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR