AVRO-2024: Bu gün Türkiyə meydana çıxır

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün 1/8 final oyunlarına yekun vurulacaq.

Metbuat.az xəbər verir ki, baş tutacaq iki qarşılaşmadan sonra 1/4 final mərhələsinin bütün iştirakçılarının adına aydınlıq gələcək.

Günün ilk matçında E qrupunu lider tamamlayan Rumıniya ilə D qrupunun üçüncüsü Niderland millisi qarşılaşacaq. Görüş Münhendəki "Alyans Arena"da keçiriləcək.

Digər qarşılaşmada isə D qrupunu ilk sırada başa vuran Avstriya və F qrupunda ikinci pilləni tutan Türkiyə yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər. Oyun Leyptsiq şəhərindəki "Red Bull Arena"da reallaşacaq.

AVRO-2024

1/8 final

2 iyul

20:00. Rumıniya - Niderland

Baş hakim: Feliks Şvayer (Almaniya).

Münhen, "Alyans Arena".

23:00. Avstriya - Türkiyə

Baş hakim: Artur Diaş (Portuqaliya).

Leyptsiq, "Red Bull Arena".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı