Tanınmış jurnalist deputatlığa namizəd oldu

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, 7NEWS.az xəbər saytının rəhbəri, media eksperti Səbuhi Abbasov 1 sentyabr - Milli Məclisə keçiriləcək növbədənkənar parlament seçkilərinə namizədliyini irəli sürüb.

Metbuat.az xəbər verir ki, bu barədə jurnalist özü məlumat verib. O, bildirib ki, deputatlığa namizədliyini 54 Saylı Mingəçevir Seçki Dairəsindən irəli sürüb:

"Böyük qürur hissi ilə deyirəm ki, sentyabrın 1-də Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilərə qatılmaq üçün ilkin sənədlərimi 54 Saylı Mingəçevir Seçki Dairəsinə təqdim etdim. Bu dəfə səsiniz mütləq eşidiləcək. Hər şey yenidən başlayır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR