Ulduz hücumçu "Fənərbaxça"ya gəlir - Mourinyo istədiyini aldı

Hücumçu axtarışlarını davam etdirən "Fənərbaxça" transferi reallaşdırmaq üzrədir.

Metbuat.az xəbər verir ki, "Fənərbaxça" hücumçu Yussef En-Nesirinin transferi üçün "Sevilya" ilə anlaşıb. “CNN Portuqaliya”nın xəbərinə görə, "Fənərbaxça" əvvəlcə 15 milyon avro təklif etsə də, rədd cavabı alıb. Ardınca tərəflər 20 milyon avroya razılaşıblar. Futbolçunun da "Fənərbaxça"ya transferə razılıq verdiyi deyilir. Türkiyə klubunun hücumçuya nə qədər məvacib vəd etdiyi açıqlanmayıb.

Qeyd edək ki, "Fənərbaxça"nın hücum bölgəsində daha bir hücumçu almaq istədiyi iddia edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR