Bu ərazilərə güclü yağış yağacaq - XƏBƏRDARLIQ

Son günlər ölkənin bir sıra bölgələrində, xüsusilə dağlıq və dağətəyi rayonlarında müşahidə olunan qeyri-sabit və yağmurlu hava şəraitindən sonra ölkə ərazisinin bəzi yerlərində ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunur. Yağan yağışlardan sonra lokal aktivləşmələr baş verib və bir neçə yerdə sürüşmə hadisəsi qeydə alınıb.

Metbuat.az bildirir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

O qeyd edib ki, intensiv yağıntılar nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonundan keçən 75.2-ci kilometrlik hissəsində fəsadlar müşahidə olunub.

N. Mahmudov əhaliyə çağırış edərək bildirib ki, növbəti günlərdə də bəzi bölgələrdə yağmurlu hava şəraiti, hətta intensiv xarakterli ola biləcəyi ilə bağlı vətəndaşlardan ehtiyatlı olmaları artıq dərəcədə xahiş olunur, sinoptiklər tərəfindən verilən xəbərdarlıqlara diqqət yetirsinlər, hava məlumatlarına ciddi yanaşsınlar və ehtiyat tədbirlərini unutmasınlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı