Türkiyədə meşə yanğınları başladı

Türkiyənin bir neçə əyalətində meşə yanğınları baş verib.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, İzmirin Bornova rayonunda Beşyol məhəlləsindəki yanğın ətraf ərazilərə də yayılıb.

Hadisə nəticəsində yeddi evə ziyan dəyib. Yanğın səbəbindən Beşyol və Sarnış yaşayış məhəllələrindən insanlar təxliyə edilib. Yanğının söndürülməsi üçün hadisə yerinə Türkiyə Silahlı Qüvvələrinin helikopterləri də cəlb olunub.

Qeyd edək ki, Balıkesir və Kahramanmaraşın Türkoğli və Pazarcık vilayətlərində də meşə yanğınları davam edir. Güclü külək yanğının söndürülməsinə əngəl yaradır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR