Vüsal Məsiyev bu qurumun direktoru oldu

İcbari Sığorta Bürosunun (İSB) Himayəçilər Şurasının qərarı ilə Vüsal Məsiyev qurumun icraçı direktoru vəzifəsinə təyin olunub.

Metbuat.az bildirir ki, bu barədə İSB-dən bildirilib. O, bu vəzifədə Rəşad Əhmədovu əvəz edib.

V.Məsiyev vaxtilə İSB-nin Baş İnformasiya Meneceri vəzifəsində çalışıb, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə (DOST) məxsus "DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi" MMC-də direktor müavini, Dövlət Məşğulluq Xidmətində İdarə Heyəti sədrinin müşaviri, "Sybernet" MMC-də Texniki direktor işləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı