Adil Əliyev icra başçısı olur - İDDİA

Artıq səlahiyyət müddəti başa çatmış Milli Məclisin vitse-spikeri Adil Əliyevin Bakının rayonlarından birinə icra başçısı təyin olunacağı gözlənilir.

Metbuat.az Azpolitika.info-ya istinadla xəbər verir ki, bu barədə Prezident sərəncamının tezliklə elan olunacağı iddia edilir.

Qeyd edək ki, Adil Əliyev məşhur general, hazırda Belarusda Azərbaycanın səfiri vəzifəsində çalışan Məhərrəm Əliyevin qardaşıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı