“Moody's” Azərbaycan bank sistemini makroprofilini yüksəltdi

“Moody's” beynəlxalq reytinq agentliyi bu gün 5 Azərbaycan bankına – “Azərbaycan Beynəlxalq Bankı”, “Kapital Bank” ASC, “Xalq Bank” ASC, “Bank Respublika” Səhmdar Kommersiya Bankı və “Bank of Baku” ASC-yə qarşı reytinq tədbirləri həyata keçirib.

Metbuat.az xəbər verir ki, bu barədə agentliyin məlumatında qeyd edilib.

Bu reytinq tədbirləri Azərbaycan hökumətinin uzunmüddətli “Ba1” emitent reytinqi üzrə proqnozun “sabit”dən “müsbət”ə dəyişməsindən və ölkənin bank sisteminin makroprofilinin “Zəif-”dən “Zəif” səviyyəsinə yüksəlməsindən sonra baş verib ki, bu da ölkənin iqtisadi dayanıqlığının yaxşılaşması fonunda Azərbaycan bankları üçün əməliyyat mühitinin möhkəmlənməsi və bankların ödəmə qabiliyyətinin və likvidliyinin sabit yüksək göstəriciləri ilə bağlıdır.

"Moody's" reytinq fəaliyyətlərinə əsasən, Azərbaycan Beynəlxalq Bankının əsas kredit qabiliyyətinin qiymətləndirməsi (BCA) və korrektə olunmuş BCA "b1"dən səviyyəsindən "ba3"ə, "Xalq Bank" və "Bank of Baku"nun BCA və korrektə olunmuş BCA "b2"dən "b1"ə yüksəldilib, "Kapital Bank"ın BCA reytinqi "ba3" səviyyəsində və korrektə olunmuş BCA təsdiqlənib və "Bank Respublika"nın BCA reytinqi "b2" səviyyəsində və korrektə olunmuş BCA təsdiqlənib.

“Bank sisteminin yüksəldilmiş makroprofili ölkənin iqtisadi gücündəki irəliləyişləri əks etdirir. Nəticə etibarilə, Azərbaycanda banklar üçün daha əlverişli kredit şərtlərini qiymətləndirməyimiz bu bankların öz maliyyə dayanıqlığına (və ya BCA) təzyiqin artmasına səbəb olub. Reytinq fəaliyyətləri hökumətin iqtisadiyyatın şaxələndirilməsi istiqamətində davam etdirdiyi səylər nəticəsində bankların öz bizneslərinin böyük hissəsini idarə etdiyi ölkənin qeyri-neft iqtisadiyyatının daha da genişlənəcəyinə dair fikirlərimizi əks etdirir”, - “Moody's” qeyd edib.

Reytinq agentliyi bildirib ki, Azərbaycan digər neft hasilatçıları ilə müqayisədə iqtisadi şaxələndirmədə güclü təkan nümayiş etdirərək, 2017-ci ildən bəri daha yüksək məcmu real qeyri-neft ümumi daxili məhsul (ÜDM) artımını qeydə alıb ki, bu da son illərdə sürətlənib: “Azərbaycan bankları yaxşılaşmış iqtisadi şəraitdən və əlverişli əməliyyat mühitindən faydalanacaq. Bu isə daha güclü biznes imkanlarına gətirib çıxaracaq, bankların davamlı gəlirliliyini və aktivlərin keyfiyyətini qoruyub saxlayacaq. Onların müstəqil kredit profillərini gücləndirəcək. Bundan əlavə, ölkədə maliyyə sektorunun tənzimlənməsinin keyfiyyətinin yüksəldilməsi bank sektorunun sabitliyinin yaxşılaşdırılmasına kömək edəcək”.

Bundan əlavə, Azərbaycan Beynəlxalq Bankının yerli və xarici valyutada uzunmüddətli depozit reytinqləri "Ba3"dən "Ba2"yə, "Xalq Bank"ın - "B1"dən "Ba3"ə, "Bank Respublika" və "Bank of Baku"nun - "B2"dən "B1"ə yüksəldilib və "Kapital Bank"ın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqləri "Ba2" səviyyəsində təsdiqlənib. Həmçinin "Kapital Bank" və "Bank Respublika"nın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqləri üzrə proqnoz "stabil"dən "müsbət"ə dəyişdirilib, "Xalq Bank" və "Bank of Baku"nun - "müsbət"dən "stabil"ə dəyişdirilib və Azərbaycan Beynəlxalq Bankının yerli və xarici valyutada uzunmüddətli depozit reytinqləri üzrə "müsbət" proqnoz saxlanılıb.

"Moody's" reytinq fəaliyyətlərinə əsasən, Azərbaycan Beynəlxalq Bankının əsas kredit qabiliyyətinin qiymətləndirməsi (BCA) və korrektə olunmuş BCA "b1"dən səviyyəsindən "ba3"ə, "Xalq Bank" və "Bank of Baku"nun BCA və korrektə olunmuş BCA "b2"dən "b1"ə yüksəldilib, "Kapital Bank"ın BCA reytinqi "ba3" səviyyəsində və korrektə olunmuş BCA təsdiqlənib və "Bank Respublika"nın BCA reytinqi "b2" səviyyəsində və korrektə olunmuş BCA təsdiqlənib.

Bundan əlavə, Azərbaycan Beynəlxalq Bankının yerli və xarici valyutada uzunmüddətli depozit reytinqləri "Ba3"dən "Ba2"yə, "Xalq Bank"ın - "B1"dən "Ba3"ə, "Bank Respublika" və "Bank of Baku"nun - "B2"dən "B1"ə yüksəldilib və "Kapital Bank"ın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqləri "Ba2" səviyyəsində təsdiqlənib. Həmçinin "Kapital Bank" və "Bank Respublika"nın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqləri üzrə proqnoz "stabil"dən "müsbət"ə dəyişdirilib, "Xalq Bank" və "Bank of Baku"nun - "müsbət"dən "stabil"ə dəyişdirilib və Azərbaycan Beynəlxalq Bankının yerli və xarici valyutada uzunmüddətli depozit reytinqləri üzrə "müsbət" proqnoz saxlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı