Bu taksi sürücülərinin icazələri ləğv ediləcək - VİDEO

Taksi xidmətindən şikayət edən sərnişinlərin sayı artır.

Metbuat.az xəbər verir ki, şikayətlərlə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi sərnişinlərə çağırış edib.

Bildirilib ki, sifariş edilən və ünvana gələn taksilərin fərqli olması ilə qarşılaşan vətəndaşlara sifarişdən imtina etmələri, taksi sürücülərinin davranışı, kondisionerdən istifadə edilməməsi və sair haqqında AYNA-ya məlumat vermələri xahiş olunur.

Bildirilib ki, sərnişinlərdən daxil olan müraciətlər AYNA tərəfindən araşdırılacaq və taksi sifarişi operatorları ilə proqram təminatının verdiyi üstünlüklərdən istifadə edilərək, neqativ halların qarşısının alınması üçün tədbir görüləcək. Qanunvericiliyin tələblərini yerinə yetirməyən sürücülərin icazələri ləğv ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı