Ançelotti Ardaya şans vermək istəmir - Gərginlik qapıda

“Sport 45”də “Real Madrid”in futbolçusu Arda Güler barədə məqalə yayımlanıb.

Metbuat.az xəbər verir ki, Alejandro Alcazarın müəllifi olduğu yazıda qeyd edilir ki, Ardanın yeni mövsümdə heyətə düşmək şansı azdır. Müəllif bildirir ki, türkiyəli futbolçu Avropa çempionatındakı oyunu ilə Karlo Ançelottiyə mesaj verib. Müəllifin sözlərinə görə, italiyalı məşqçi diqqətini müəyyən bir qrup oyunçuya yönəldən və buna layiq olanlara fürsət verməyən məşqçidir. Bildirilir ki, Ançelotti heyət seçimində problemlə üzləşə bilər və Ardanın ehtiyatda qalması bəzi gərginliklərə səbəb ola bilər.

Yazıda deyilir ki, Ançelotti braziliyalı futbolçularından ibarət qrupu narahat etmək istəmir və onları əsas heyət oyunçusu hesab edir. Məqalədə Ardanın icarəyə getmək istəmədiyi qeyd edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR