“Azərbaycan Dəmir Yolları” QSC (ADY) və Azərbaycan Mətbuat Şurasının “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı elan etdiyi media müsabiqəsinin mükafatlandırma mərasimi baş tutub.
Metbuat.az-ın məlumatına görə, tədbirdə ADY-nin və Mətbuat Şurasının rəhbərliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və Medianın İnkişafı Agentliyinin məsul əməkdaşları, tanınmış media nümayəndələri iştirak ediblər.
Müsabiqəyə 1 iyun – 1 iyul 2024-cü il tarixlərində kütləvi informasiya vasitələrindən 41 iş təqdim olunub. Müsabiqənin şərtlərinə əsasən, 12 nəfər jurnalist əsas, 15 nəfər isə həvəsləndirici mükafata layiq görülüb.
Tədbirin sonunda qaliblərə sertifikat və hədiyyələr təqdim edilib. Mükafatlandırılanlar arasında "Metbuat.az" xəbər saytının redaktoru Samir Əli də yer alıb.