İki rayonda qaz kəsiləcək

SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus "Qum adası-Bayramzadə İEM" yüksək təzyiqli magistral qaz kəmərinin 10,0-cu km-də dayaqlar üzərinə qaldırılması ilə bağlı 12.07.2024-cü il tarixdə saat 10:00-dan işlər başa çatanadək qaz təchizatının dayandırılması planlaşdırılır.

“Azəriqaz”dan Metbuat.az-a verilən məlumata görə, təmir-quraşdırma işləri görülən müddətdə Xətai rayonu üzrə M. Müşfiq, M. Davud, Qvardiya və Azadlıq küçələrinin, Suraxanı rayonu üzrə isə Qum adası yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı