Ançelotti Arda ilə bağlı fikrindən daşındı

Arda Gülerin Türkiyə millisi ilə AVRO-2024-də nümayiş etdirdiyi oyun “Real Madrid”in baş məşqçisi Karlo Ançelottinin bəzi qərarlar qəbul etməsinə səbəb olub.

Metbuat.az xəbər verir ki, Ardanın etdiyi ötürmələr Ançelottinin diqqətini çəkib. “Gol Digital”in xəbərinə görə, “Real Madrid” futbolçu karyerasını başa vuran Toni Kroosun yerinə oyunçu axtarışlarını davam etdirir. Məlumata görə, Ançelotti bu vəzifəni Arda Gülerə həvalə etmək istəyir. Bildirilir ki, milli komandada Hakan Çalhanoğlu ilə birlikdə standart vəziyyətləri yerinə yetirən Arda Gülerin ötürmələri diqqət çəkib.

“Real Madrid”də Toni Kroosun yerinə Ardadan istifadə edilməsi müzakirə edilir. Bundan əvvəl Ançelottinin Arda Gülerə mütəmadi şans verməyəcəyi barədə xəbərlər dərc edilmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR