Bu klub AFFA-nın bütün yarışlarından uzaqlaşdırıldı

Azərbaycan I Liqasında iştirak edən "İrəvan" komandası AFFA-nın bayrağı altında keçirilən bütün yarışlardan kənarlaşdırılıb.

Metbuat.az xəbər verir ki, bu barədə AFFA-nın icraçı-vitse prezidenti Sərxan Hacıyev İcraiyyə Komitəsinin bugünkü iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.

Qurum rəsmisi aşağı dəstə klubunun yarışlardan diskvalifikasiya edilməsinin səbəbini bu cür izah edib:

"İcraiyyə Komitəsinin qərarına əsasən "İrəvan" komandası AFFA-nın bayrağı altında keçirilən bütün yarışlardan kənarlaşdırılıb. Əsas səbəblər qeyri-sabitlik və maliyyə, həmçinin danışılmış oyunlarla bağlı olan ciddi problemlərdir. Bir neçə ay öncə "İrəvan" klubunun 8 futbolçusunun danışılmış oyunlarla əlaqədar adları çəkilmişdi. Bu cür ciddi neqativ hallar nəzərə alınaraq belə qərar qəbul olundu. "İrəvan"ı hansı komandanın əvəzləyəcəyi ilə bağlı Peşəkar Futbol Liqası ilə danışıqlar aparılacaq və ictimaiyyətə açıqlama veriləcək".

Qeyd edək ki, "İrəvan" klubu 2023/2024 mövsümünü 27 xalla 7-ci pillədə bitirmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı