Azərbaycan millisi Macarıstana böyük hesabla məğlub oldu

Azərbaycanın qadın futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının seçmə mərhələsində doğma meydanda növbəti matçına çıxıb.

Metbuat.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv B Liqasının I qrupunun V turunda, "Liv Bona Dea Arena"da Macarıstan yığması ilə üz-üzə gəlib.

Qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb - 5:0.

Azərbaycan millisinin 4 oyundan sonra 4 xalı var.

Qeyd edək ki, millimiz növbəti oyununu iyulun 16-da səfərdə İsveçrəyə qarşı keçirəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR