"Əl-Nəsr" dünya şöhrətli futbolçusu Kriştiano Ronaldo ilə müqaviləsini 2026-cı ilə qədər uzatmağı planlaşdırır.
Metbuat.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Səudiyyə Ərəbistanı təmsilçisi artıq 39 yaşlı forvard ilə danışıqlara başlayıb.Sözləşmənin 2026-cı ilə qədər uzadılması Ronaldonun DÇ-2026-da iştirak şansını artıracaq. Bundan başqa, portuqaliyalı hücumçunun Səudiyyə Ərəbistanı çempionatında iştirakı liqanın dəyərini artırır.
Xatırladaq ki, Ronaldonun “Əl-Nəsr”lə hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir. Hücumçu ötən mövsüm bütün turnirlərdə 45 matçda iştirak edib, 44 qol vurub, 13 qolun ötürməsini verib.