"Space X"-in "Falcon9" raketi kosmosa 344-cü buraxılışından sonra ilk dəfə qəzaya uğrayıb.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, insansız uçuş zamanı "Starlink" peyklərini orbitə daşıyan raket texniki nasazlıqdan sonra kosmosda partlayıb.
Kamera görüntülərindən raketin xarici gövdəsində külli miqdarda buz yığıldığı görülüb.
ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) verdiyi açıqlamada bildirilir ki, "SpaceX", nasazlığın səbəbini araşdıracaq. Astronavtlarını kosmik stansiyaya aparmaq üçün "Falcon 9" raketlərindən istifadə edən NASA isə açıqlama verməkdən imtina edib.
Mədinə Zaur \ Metbuat.az