DİM abituriyentlərə müraciət etdi

Memarlıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər (həmçinin subbakalavrlar) qabiliyyət imtahanında iştirak etmək üçün 17 – 23 iyul (saat 23:59-dək) 2024-cü il tarixlərində verilən link (https://eservices.dim.gov.az/qabiliyyet/?frm=egov) vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Metbuat.az xəbər verir ki, bununla bağlı Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, memarlıq ixtisası üzrə müsabiqədə I ixtisas qrupunu seçmiş, müsabiqə şərtlərinə əsasən ümumi balı ən az 200 olan və Qabiliyyət İmtahanı Komissiyası üzrə məqbul qiymət almış abituriyentlər (subbakalavrlar) iştirak edə bilərlər:

    "Hazırda müsabiqə şərtlərini ödəməyən, lakin qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyatdan keçən və I ixtisas qrupu üzrə qəbul imtahanının 2-ci cəhdinin nəticələri elan olunduqdan sonra ümumi balı 200-dən aşağı olacaq abituriyentlərin nəzərinə çatdırırıq ki, qabiliyyət imtahanının nəticəsindən asılı olmayaraq onlar ixtisas seçiminə buraxılmayacaq və qabiliyyət imtahanı üçün ödəniş haqqı (varsa) geri qaytarılmayacaq".

    Xatırladılıb ki, abituriyentlər (subbakalavrlar) yalnız rəsm fənnindən imtahan verirlər:

    "İmtahandan 10 ballıq şkala üzrə 6 və daha yuxarı qiymət alan şəxslər məqbul qiymət almış hesab edilir və memarlıq ixtisası üzrə müsabiqədə iştirak etmək hüququ qazanırlar. Memarlıq ixtisası üzrə xüsusi qabiliyyət imtahanından məqbul qiymət alan abituriyentlər (subbakalavrlar) ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, memarlıq ixtisasını da seçə bilərlər. Memarlıq istiqaməti üzrə qabiliyyət imtahanı haqqında ətraflı məlumat 2024-cü ildə nəşr edilmiş “Abituriyent” jurnalının “Təsviri sənət/memarlıq” adlı xüsusi buraxılışında verilib".


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı