Mingəçevir su anbarında batan balıqçının meyiti tapıldı

Ötən ay Mingəçevir su anbarında batan balıqçının meyiti tapılıb.

Metbuat.az bildirir ki, 1969-cu il təvəllüdlü Vüqar Həsənovun meyiti aidiyyəti üzrə təhvil verilib.

Xatırladaq ki, iyun ayının 20-də Qax rayon Qaysarlı kənd sakini Hümbətov Rövşən Hümbət oğlu və Zaqatala rayon sakini, 1969-cu il təvəllüdlü Həsənov Vüqar Oruc oğlu Alazan çayının Mingəçevir Su anbarının, Samux rayon ərazisinə tökülən hissəsində qayıqdan suya düşüb və batıblar.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən Qax rayon sakini, Rövşən Hümbət oğlu Hümbətovun meyiti öncədən tapılıb və aidiyyəti üzrə təhvil verilmişdi.

Onların hər ikisi balıqçı olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR