Azərbaycan ət idxalına nə qədər pul xərcləyib?

Bu ilin birinci yarısında Azərbaycan 58,6 milyon dollar dəyərində ət idxal edib. Bu göstərici illik müqayisədə 18,1 milyon dollar çoxdur.

Metbuat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, hesabat dövründə ölkəyə 26,4 min ton ət idxal edilib.

Bu dövrdə ət idxalı Azərbaycanın ümumi idxalının 0,66%-ni təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR