İdman gimnastikası üzrə qadınlardan ibarət Yaponiya yığmasının kapitanı Seko Miyata olimpiya yığmasından çıxarılıb.
Metbuat.az xəbər verir ki, buna səbəb onun milli komandanın davranış qaydalarını pozmasıdır. Məlumata görə, gimnast Monakoda təlim-məşq toplanışı zamanı siqaret çəkərkən yaxalanıb. Buna görə də millinin rəhbərləri onu heyətdən uzaqlaşdırıblar.