Mourinyo istədi, "Fənərbağça" hərəkətə keçdi - İlin transferi gəlir?

Joze Mourinyo "Mançester Siti"də forma geyinın Mateo Kovaçiçin "Fənərbağça"ya transfer edilməsini istəyir.

Metbuat.az "Fotomaç"a istinadən xəbər verir ki, İstanbul klubunun rəhbərliyi artıq oyunçu üçün hərəkətə keçib.

Qeyd edək ki, 30 yaşlı xorvatiyalı futbolçu keçən mövsüm "şəhərlilər"in heyətində 46 oyunda meydana çıxıb. O, "Çelsi", "Real Madrid", "İnter" kimi klublarda çıxış edib və Xorvatiya millisində 100-dən çox oyunda meydana çıxıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR