Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6,9 % artaraq 5 milyard 832,7 milyon manat təşkil edib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, bunun 4 milyard 380,7 milyon manatlıq hissəsi hüquqi şəxslərə məxsus olub ki, bu da, xidmətlərin ümumi dəyərinin 75,1 %-ni təşkil edib.

Hesabat dövründə ödənişli xidmətlərin dəyərinin 1 milyard 244,4 milyon manatı dövlət, 4 milyard 588,3 milyon manatı qeyri-dövlət sektorunun payına düşüb. Bu da, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 9,5 % və 6,2 % çoxdur.

6 ayda hər bir ölkə sakini orta hesabla 572,4 manatlıq və yaxud 1 il əvvələ nisbətən 47 manat çox dəyərdə müxtəlif ödənişli xidmətlərdən istifadə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı