SOCAR-dan "Premium" markalı benzinlə bağlı açıqlama

Paytaxtın bir çox yanacaqdoldurma məntəqələrində "Premium" markalı benzin (Aİ-95) yoxa çıxıb.

Metbuat.az haqqın.az-a istinadən xəbər verir ki, iyulun 15-dən Aİ-95 markalı benzinin bir litrinin qiyməti 40 qəpik ucuzlaşaraq 1,60 manat olub. Sürücülər deyir ki, bundan sonra Aİ-95 markalı benzin əksər yanacaqdoldurma məntəqələrində satışdan itməyə başlayıb, ona görə də onlar Aİ-92 markalı benzin almalı olublar.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bəzi yanacaqdoldurma məntəqələrində Aİ-95 markalı benzinin müvəqqəti olaraq satılmadığını təsdiqləyib. Şirkətdən verilən məlumata görə, SOCAR-ın yanacaqdoldurma məntəqələrində bu markalı benzinin satışına heç bir məhdudiyyət yoxdur. SOCAR-dan vurğulanıb ki, müəyyən günlərdə ölkəyə bu növ yanacağın gətirilməsində gecikmələr olduğu üçün bəzi yanacaqdoldurma məntəqələrində yanacaq tükənib, lakin problem tezliklə aradan qaldırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı