Əhməd məhkəməyə gəlmədi - VİDEO

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmənin baxış iclası davam edir.

Metbuat.az-ın məlumatına görə, təqsirləndirilən Əhməd Əhmədov prosesə gətirilməyib. Hakim bildirib ki, Əhməd Əhmədovun gətirilməsi ilə bağlı onun saxlanıldığı müəssisəyə məlumat çatmayıb. Ona görə də, təqsirləndirilən şəxs prosesə gəlməyib.

Daha sonra məhkəmədə bildirilib ki hakimlər heyəti məzuniyyətə çıxdığı üçün proses sentyabrın 10-na təxirə salınıb.

Qeyd edək ki, Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə yekun ittiham elan olunub, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxənası” publik hüquqi şəxsinə yerləşdirilib.

İş üzrə məhkəməyədək icraat tamamlanaraq təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələsinə baxılması üçün cinayət işi aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı