Azərbaycanda nağdsız ödənişlərdə problem yaranıb.
Metbuat.az xəbər verir ki, hazırda pos-terminallarla ödəniş etmək mümkün deyil. İctimai iaşə obyektlərində kartla ödəniş mümkün olmadığından, ödəniş nağd şəkildə tələb olunur.
Problemin nədən qaynaqlandığı sual olaraq qalır.