Sabirabadda babasıgilə qonaq gedən azyaşlı faciəvi şəkildə vəfat edib.
Metbuat.az xəbər verir ki, hadisə rayonun Zalqarağac kəndində baş verib. Rayonun Bala Həşimxanlı kənd sakini 4 yaşlı Yusif Pənciyev valideynləri ilə birlikdə babasıgilə qonaq gedib. Valideynlərinin gözündən yayınan Yusif həytədəki su kanalına düşərək boğulub. Bir müddət azyaşlını axtaran valideynləri onun ayaqqabılarını kanalda tapıblar və orada boğulduğu məlum olub.
Faktla bağlı araşdırma aparılır.
Ətraflı "Xəzər Xəbər"in videosunda: