Obama ailəsi onun namizədliyini dəstəklədi

ABŞ-nin keçmiş prezidenti Barak Obama və xanımı Mişel prezident seçkilərində Kamala Harrisə dəstəyini nümayiş etdirib.

Metbuat.az xəbər verir ki, bu barədə Mişel Obama sosial şəbəkə hesabında paylaşım edib:

"Barak Obama və mən pozitivliyi, yumor hissi və ölkə daxilində insanlara ümid gətirmək bacarığına görə Demokrat namizəd kimi onu dəstəkləməkdən çox xoşbəxtik. Biz sənə dəstək olacağıq, Kamala".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı