Daşkəsəndə gəlin qaynanasını baltalayıb qaçdı - FOTO

Daşkəsəndə qadının gəlini tərəfindən baltalanmasının bəzi təfərruatları məlum olub.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, xəsarət alan 66 yaşlı Tahirə Qurbanovun oğlu Nofəl Qurbanov hadisəni törədən Səidəni həyat yoldaşı kimi evə gətirməsi olub. Bundan sonrada qaynana ilə gəlin arasında mübahisə baş verib.

    Davanın sonu qanla bitib. Hadisədən sonra gəlin evdən qaçıb. Qeyd edək ki, zərərçəkən 66 yaşlı Tahirə Qurbanovanın oğlu Nofəl Qurbanov hazırda Rusiyada yaşayır. Nofəl Qurbanovun Səidədən əvvəl iki arvadı olub. Onun birinci həyat yoldaşından iki uşağı, ikinci həyat yoldaşından isə bir övladı var. Faktla bağlı Daşkəsən rayon polis şöbəsində müvafiq araşdırmalara başlanıb.

    ***

    18:30

    Daşkəsəndə qadın baltalanıb.

    Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun ucqar kəndinlərinin qeydə alınıb.

    Belə ki 1958-ci il təvəllüdlü T. Qurbanova ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Qadına yardım edilib, vəziyyətini ağır olduğu bildirilib.

    Məlumata görə, T.Qurbanova gəlini tərəfindən baltalanıb. Hadisədən sonra isə gəlin qaçıb. Hazırda hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı