Venesuelada prezident seçkiləri keçiriləcək

Bu gün Venesuelada növbəti prezident seçkiləri keçiriləcək.

Metbuat.az xəbər verir ki, əksər rəy sorğularına görə, hazırkı prezident Nikolas Maduronun seçkilərdə qalib gəlmək şansı böyükdür.

Qeyd edək ki, 10 siyasətçi dövlət başçısı postu uğrunda mübarizə aparır. Hakim Venesuela Vahid Sosialist Partiyası (USPV) hazırkı prezident Nikolas Maduronu namizəd kimi irəli sürüb. O, bir neçə partiya və hərəkatın daxil olduğu Simon Bolivar Böyük Demokratik Qütb tərəfindən dəstəklənir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı