Yaşar Nəcəfov mübarizəni dayandırdı - "Paris-2024"

Azərbaycanın kişi cüdoçusu Yaşar Nəcəfov "Paris-2024" Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Metbuat.az xəbər verir ki, 66 kiloqramda çıxış edən idmançı təsnifat mərhələsində serbiyalı Straxinya Bunçiçlə qarşılaşıb.

Rəqibinə məğlub olan Y.Nəcəfov yarışla medalsız vidalaşıb.

Bu gün, həmçinin qadın cüdoçu Gültac Məmmədəliyeva (52 kiloqram) qüvvəsini sınayacaq. Azərbaycan millisinin qadın bayraqdarı ABŞ təmsilçisi Anjelika Delqadonu sınağa çəkəcək.

Qeyd edək ki, ötən gün mübarizəyə qoşulan Azərbaycan cüdoçularından Leyla Əliyeva (48 kiloqram) və Balabəy Ağayev (60 kiloqram) yarışı medalsız başa vurublar.

Paris Olimpiadasına avqustun 11-də yekun vurulacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı