3 yaşlı uşaq faciəvi şəkildə öldü

Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.

Metbuat.az xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.

Belə ki, 2021-ci il təvəllüdlü V.C nəzarətdən yayınaraq qonşuluqdakı evin ikinci mərtəbəsində yerləşən açıq balkona qalxıb. Burada oynayan uşaq müvazinətini itirərək yerə düşüb və ağır xəsarətlər alıb.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılan azyaşlının dünyasını dəyişdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı