Azərbayanda inək, qoyun və donuzların sayı azalıb

2024-cü ilin ilk 6 ayında Azərbaycanda inək və camışların, qoyun və keçilərin, həmçinin donuzların sayında azalma qeydə alınıb.

Metbuat.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2024-cü il yanvar-iyun aylarında Azərbaycanda 2.5 milyon iribuynuzlu mal-qara, 7.1 milyon qoyun və keçi, 3905 ədəd donuz olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 1.6 faiz, onlardan inək və camışların sayı 1.1 faiz, qoyun və keçilərin sayı 2.6 faiz, donuzların sayı isə 23.6 faiz azalıb.

İribuynuzlu heyvanların ən çox olduğu iqtisadi rayonlar Mil-Muğan, Mərkəzi Aran, Lənkəran-Astara və Qarabağ olub.

Keçi və qoyunların sayına görə Qazax-Tovuz, donuzların sayına görə isə Şəki-Zaqatala regionların üstünlük təşkil edir.

Azərbaycanda, quşların sayında da azalma olub. İlin ilk 6 ayında ölkədə 12 milyona yaxın quş olub, bu ötən illə müqayisədə 0.5 faiz azalıb.

Qeyd olunan dövrdə ölkəmizdə ət, süd və yumurta istehsalında artım qeydə alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı