Paris olimpiadaya tam hazır deyil - Çingiz Hüseynzadə

Düşünürəm ki, Paris olimpiadaya tam hazır deyil.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə jurnalistlərə açıqlamasında deyib.

MOK rəsmisi Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ev sahibi şəhərin yarışa tam hazır olmadığını bildirib:

"Hələ cüdo yarışları başlamamışdan qabaq müəyyən natamamlıqlar var idi. Bundan başqa nəqliyyat problemi diqqətdən qaçmır. İnanıram ki, bir müddət sonra ev sahibləri öz səhvlərini anlayacaq və problemləri aradan qaldıracaqlar. Adətən başlanğıçda müəyyən səhvlər olur. Lakin Parisdə bu problemlər daha qabarıq şəkildə biruzə verir. Ümid edirik ki, neqatif hadisələr yaşanmaz və yarışlar uğurla başa çatar".

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR