Diana Dımçenko mübarizəni dayandırdı

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Diana Dımçenko Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti dəfə çıxış edib.

Metbuat.az xəbər verir ki, o, 2000 metr məsafəyə fərdi yarışın 1/4 final mərhələsində mübarizə aparıb. Məsafəni 7 dəqiqə 53,76 saniyəyə qət edən Dımçenko ilk "3-lüy"ə düşə bilmədiyi üçün yarışla vidalaşmalı olub.

O, altı idmançı arasında dördüncü yeri tutub.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR